Təbiətdə əvvəllər görünməmiş mineral kəşf edildi

Təbiətdə əvvəllər görünməmiş mineral kəşf edildi
22:22 28 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Avstraliyanın kiçik bir qəsəbəsi olan Vedderbörnda, 1951-ci ildə olan Vedderbörn meteoritin yeni bir sirri həll edildi. Araşdırmaçılar, bu maraqlı daşın daha əvvəl təbiətdə heç görülməmiş bir mineral olduğunu kəşf etdi.

1951-ci ildə Avstraliyanın Vedderbörn qəsəbəsinin şimal-şərqində olan Vedderbörn meteoriti, 210 qramlıq kiçik, qəribə görünüşlü bir kosmos qayası idi. Alimlər onlarla ildir üzərində işləyərək sirlərini tapmağa çalışırdılar və artıq bu sirlərdən birini həll etdilər.

Araşdırmaçılar, Kaliforniya Texnologiya İnstitutunda mineraloq olan Çi Manın rəhbərlik etdiyi yeni bir araşdırmada bu Vedderbörn meteoritini analiz edib edskotit adını verdikləri mineralın təbii halda meydana gəlməsini təsdiqlədi. Nadir bir dəmir-karpit forması olan bu mineral, daha əvvəl təbiətdə heç tapıla bilmədi.

Avstraliyadakı Viktoria muzeylərinin geoloji kolleksiyasında tutulan qara və qırmızı rəngli bu daşın yalnız üçdə birinə toxunulmadı. Daşın geri qalanı, meteoritin tərkibinin analiz edilməsi məqsədiylə kəsilib çıxarıldı. Keçirilən analizlərdə qızıl və dəmir izləri ilə yanaşı kamasit, şarbesit, taenit və troilit kimi daha nadir olan elementlər ortaya çıxdı. İndi bu siyahıya edskotit də əlavə olundu.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/813567.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR