Factory Five F9R superkarı 9,5-litrlik mühərriklə təchiz olunacaq - VİDEO

Factory Five F9R superkarı 9,5-litrlik mühərriklə təchiz olunacaq - VİDEO
23:05 28 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Amerikan Factory Five Racing tüninq atelyesi hazırladığı yeni layihəni təqdim edib. F9R adlandırılmış superkar Avstraliyada fəaliyyət göstərən Race Cast Engineering atelyesi tərəfindən hazırlanmış 765 at qüvvəsi və 941 Nm fırlanma anı hasil edən 9,5-litrlik V12 mühərriki ilə təchiz ediləcəkdir. Layihə üzərində işlər 2020-ci ilin birinci rübündə başa çatmalıdır.

Hələlik, Factory Five Racing tərəfindən yaradılmış superkar yalnız renderlər şəklində mövcudur. Karbondan kuzova və aqressiv aerodinamik dayağa malik olan avtomobildə güc aqreqatı öndə yerləşəcəkdir. Avstraliyalıların hazırladığı V12 mühərriki bu model üçün təklif ediləcək yeganə güc aqreqatı olmayacaqdır. Superkarın mühərrik bölümündə Ford şirkətinin "qutu" mühərrikləri və General Motors konserninin LS seriyasından olan aqreqatları da quraşdırıla bilər.

Factory Five F9R modelinin trek üçün nəzərdə tutulmasına baxmayaraq, avtomobilə adi yollara çıxmağa da icazə veriləcəyi də ehtimal olunur. Layihənin müəllifləri kuzovun ön hissəsi üçün iki müxtəlif dizayn hazırladıqlarını da bildiriblər. Çox güman ki, onlar hava girişlərinin və splitterin ölçüləri ilə fərqlənəcəklər.

Race Cast Engineering tərəfindən hazırlanmış 9,5-litrlik V12 mühərriki firmanın öz məhsulu olan çuqun blokdan və LS seriyasından olan mühərriklərin komponenlərindən ibarətdir. Atmosfer mühərriki 265 kq çəkiyə malikdir. Onun yüngüllehimli versiyasının çəkisi isə 191 kq təşkil edir. Mühərrikin qiyməti 55,2 min dollardır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/808957.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR