Onların sərvəti bu il 1,2 trilyon dollar artıb

Onların sərvəti bu il 1,2 trilyon dollar artıb
07:37 29 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Cari ildə dünyanın ən varlı 500 insanının ümumi varidatı 25 faiz və ya 1,2 trilyon dollar artıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, illik "milyarderlər indeksinə" (Bloomberg Billionaires Index) əsasən, hazırda ən varlı 500 insanın varidatı 5,9 trilyon dollar təşkil edir.

Həmin göstəriciyə görə, bu ilin lideri "Christian Dior", "Louis Vuitton" və "Givenchy" ticarət markalarına sahib olan Fransanın LVMH (Moet Hennessy - Louis Vuitton) kompaniyasının rəhbəri, Bernar Arnodur. Planetimizin ən varlı üçüncü insanının sərvəti ötən illə müqayisədə 36,5 milyard dollar artıb.

Dünyanın ən varlı insanı isə boşanma nəticəsində 9 milyard dollar itirməsinə baxmayaraq, əvvəlki kimi "Amazon" kompaniyasının rəhbəri Ceff Bezosdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/814131.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR