Rakitiç millidən bu tarixdə gedəcək - Açıqladı

"Barselona”nın xorvatiyalı futbolçusu İvan Rakitiç Avro-2020-dən sonra milli karyerasını başa vurmaq fikrindədir.

Metbuat.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında hər şeyin buna doğru getdiyini bildirib:

“Bəli, Avro-2020-nin milli komanda ilə son böyük turnirim olacağı gözlənilir. Gəlin, realist olaq, bu, çox açıqdır. Mən əvvəldən demişəm ki, gənc oyunçular üçün əlimdən gələni əsirgəməyəcəm. Ən vacibi millimizin uğurlu çıxışıdır”.

Qeyd edək ki, 2007-ci ildən Xorvatiya millisində çıxış edən Rakitiç 104 oyuna 15 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR