Bu yolda hərəkət 3 günlük məhdudlaşdırılacaq

Bu yolda hərəkət 3 günlük məhdudlaşdırılacaq
11:01 29 Dekabr 2019
49 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeni yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, prospektin yan yolunun sözügedən əraziyə düşən hissəsində, Koroğlu metrostansiyası istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, məhdudlaşma 30 dekabr saat 10:00-dan 3 gün müddətinə tətbiq ediləcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun prospektin əsas yolundan istifadə etmələri tövsiyə edilir.

Vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3171034.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR