Bu yolda hərəkət 3 günlük məhdudlaşdırılacaq

Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeni yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, prospektin yan yolunun sözügedən əraziyə düşən hissəsində, Koroğlu metrostansiyası istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.

Metbuat.az bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, məhdudlaşma 30 dekabr saat 10:00-dan 3 gün müddətinə tətbiq ediləcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun prospektin əsas yolundan istifadə etmələri tövsiyə edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR