Azərbaycanda yük avtomobilləri toqquşdu, sürücü öldü - Hadisə yerindən FOTOLAR

Azərbaycanda yük avtomobilləri toqquşdu, sürücü öldü - Hadisə yerindən FOTOLAR
14:18 29 Dekabr 2019
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı-Qazax yolunun Hacıqabul rayonundan keçən hissəsində ağır yol qəzası baş verib.

Publika.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, magistralın Padarçöldən keçən hissəsində ağırtonnajlı yük maşınları toqquşub.

Belə ki, "CocaCola" şirkətinin məhsulları ilə dolu olan TIR arxadan un daşıyan KamAz-a çırpılıb. Hadisə nəticəsində hər iki yük maşını aşıb və yükləri ətrafa dağılıb.

TIR-ın sürücüsü aldığı xəsarətdən hadisə yerində keçinib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Nizam


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/300545.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR