Məşhur simalar BAKI METROSUNDA, görün, nə etdilər - VİDEO

Məşhur simalar BAKI METROSUNDA, görün, nə etdilər - VİDEO
16:48 29 Dekabr 2019
123 Şou
Ölkə mətbuatı
A- A+

“Bakı Metropoliteni” QSC yeni il ərəfəsində daha bir fərqli sosialyönümlü layihəni sərnişinlərinə təqdim edib.

Publika.az xəbər verir ki, il ərzində 230 milyondan artıq sərnişin daşıyan, ən təhlükəsiz, ən rahat, ekoloji baxımdan ən təmiz nəqliyyat növü olan Bakı metropoliteninin rəhbərliyi 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə sərnişinlərini “SS Production” şirkəti ilə birgə hazırladığı video-çarxlarla tamamilə fərqli ruhda təbrik edir.

Sosialyönümlü layihələri ilə hər zaman sərnişinlərini maarifləndirən “Bakı Metropoliteni” QSC-nin yayımladığı sosialyönümlü video-çarxlar respublikamızın məşhur simalarının təqdimatında müxtəlif tematik mövzularda hazırlanıb. Tanınmış televiziya aparıcısı, prodüser Nərgiz Cəlilova, tanınmış şoumen, naşir, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə, Azərbaycanın Xalq artisti Miri Yusif, məşhur radioaparıcı, səmərəli fəaliyyətinə görə, bu yaxınlarda “Tərəqqi” medalına layiq görülmüş DJ Fateh və metropolitençilərin təqdimatında hazırlanan sosial çarxlar həm televiziya kanallarında, həm sosial şəbəkələrdə, həm də stansiyalardakı reklam monitorlarında nümayiş olunur.

Müxtəlif mövzulu videoçarxlarda məşhurlarımız metro ilə bağlı xatirələrini, metronun ən əlçatan, ən asan sərnişindaşıma vasitəsi olduğunu, uşaqlıqlarının saf xatirələrini, səmimiliyi məhz metroda gördüklərini ən səmimi sözlərlə ifadə edib. Ən nəhayət, metropolitençilərin sərnişinlərə bayramlar münasibətilə təbrikləri də bu layihədə yer alıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/300555.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR