İran üçtərəfli hərbi təlimlərə qonşu ölkələri də dəvət edib

İran üçtərəfli hərbi təlimlərə qonşu ölkələri də dəvət edib
19:12 29 Dekabr 2019
61 Digər
Ölkə mətbuatı
A- A+

İran hökuməti Çin və Rusiya ilə keçirdikləri birgə hərbi dəniz təlimində iştirak etmək üçün qonşu ölkələrə də dəvət göndərib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Hüseyn Xanzadi məlumat verib.
İranlı komandan həmçinin gəmiçiliyin təhlükəsizliyini regionda dəniz potensialına malik ölkələrin müştərək olaraq təmin etmələrinin vacibliyini diqqətə çatdırıb.
Xatırladaq ki, dekabrın 27-dən Oman körfəzi və Hind okeanının qonşu sularında başlayan İran, Rusiya və Çinin başlatdığı müştərək hərbi dəniz təlimlərinın sabahadək davam etməsi gözlənilir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/i-ran-ucterefli-herbi-telimlere-qonsu-olkeleri-de-devet-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR