BSU-nun rektoru, professor Nurlana Əliyevadan tələbələrə dəstək

BSU-nun rektoru, professor Nurlana Əliyevadan tələbələrə dəstək
19:50 29 Dekabr 2019
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Son illər Bakı Slavyan Universitetində (BSU) tələbələrin arzu və istəklərinin, fikir və təkliflərinin, mütərəqqi təşəbbüs və ideyalarının, çoxsaylı layihələrinin həyata keçirilməsinə, onların sosial müdafiəsinə, asudə vaxtlarının maraqlı və səmərəli təşkil edilməsinə xüsusi diqqət yetirilir. Eyni zamanda şəffaf tədris və imtahan prosesinin təmin edilməsi, tələbə-gənclərin hüquqlarının qorunması daim diqqət mərkəzindədir.

BSU-nun Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, bu baxımdan, BSU-nun rektoru, professor Nurlana Əliyevanın bu günlərdə qəbul etdiyi qərarı xüsusi qeyd etmək lazımdır. Belə ki, tələbələr arasında dekabr ayında aparılmış müvafiq sorğunun nəticələrinə əsasən BSU-da dərslərin I növbədə 08:30-da başlanılması, kollokviumların ləğv edilməsi və universitetin yeməkxanasında qiymətlərin aşağı salınması qərara alınıb. Rektorun bu qərarı tələbə kollektivi tərəfindən böyük sevinc hissi və məmnunluqla qarşılanıb və onlar bu humanist addıma görə BSU-nun rəhbərliyinə təşşəkür ediblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3171192.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR