Kürdəmirdə “Motu” ləqəbli oğru saxlanılıb

Kürdəmirdə “Motu” ləqəbli oğru saxlanılıb
20:07 29 Dekabr 2019
88 Digər
Ölkə mətbuatı
A- A+

Kürdəmir rayonunda “Motu” ləqəbli oğru saxlanılıb.
"Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir rayon sakinləri Əlişiraz Cəfər oğlu Abbasov və Məhəmməd Abdulqadir oğlu Gərayev rayon polis şöbəsinə müraciət edərək onlara məxsus ərzaq mağazasından oğurluq edildiyini bildiriblər. 
Belə ki, naməlum şəxs qapını sındıraraq bir mağazadan 1700 manat dəyərində ərzaq məhsulu və 300 manat aparıb. Eyni zamanda digər mağazanın tavan hissəsindən daxil olaraq 1000 manatlıq ərzaq məhsulunu oğurlayıb. 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmr rayonunun Atakişili kənd sakini, 1983-cü il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş Ramal Sədaqət oğlu Şirinov şübhəli şəxs qismində saxlanılıb. O, ilkin dindirmə zamanı əməlini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/kurdemirde-motu-leqebli-ogru-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR