"İphone" markalı mobil telefonları gizlədərək sərhəddən keçirmək istədi, saxlanıldı

"İphone" markalı mobil telefonları gizlədərək sərhəddən keçirmək istədi, saxlanıldı
20:27 29 Dekabr 2019
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz Sprinter" markalı avtomobilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, yoxlama nəticəsində nəqliyyat vasitəsinin ön oturacaqlarının altındakı boşluqlarda gömrük nəzarətindən gizlədilən 7 ədəd üzərində "İphone 11 Pro Midnight Green 64 GB" yazılan və 4 ədəd üzərində "İphone 11 Pro Midnight Green 256 GB" yazılan mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/814437.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR