Daim şokolad, kolbasa, şirniyyat istəyirsinizsə... - Bunlar hansı vitaminlərin çatışmazlığına işarə edir?

Daim şokolad, kolbasa, şirniyyat istəyirsinizsə... - Bunlar hansı vitaminlərin çatışmazlığına işarə edir?
22:47 29 Dekabr 2019
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Qidalara olan meylimiz orqanizmdə bəzi maddələrin defisitinə işarə edə bilər.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, əgər insan daim şokolad istəyirsə, bu bir çox hallarda maqneziumun defisitinə işarə edir. Maqneziumun mənbələri: buğda kəpəyi, kakao, qarabaşaq, keşyu, badam, soya.

Duzlu və ya ədviyyatlı qidalara olan meyl aşağı təzyiq və serotonin hormonunun çatışmazlığına işarə edə bilər. Serotonin xoşbəxtlik hormonu sayılır. Orqanizmdə serotoninin səviyyəsini qaldırmaq üçün yumurta, ət, süd məhsulları, çərəzlər yeyin, idmanla məşğul olun, açıq havada gəzin. Təzyiqi normada saxlamaq üçün yaxşı qidalanın, fiziki aktiv olun, qəhvə için, qidalara ədviyyatlar əlavə edin.

İnsan qeyri-adi maddələri (boya, təbaşir, qil və s.) dadmaq istəyirsə bu orqanizmdə kalsium və dəmirin çatışmazlığına işarədir. Kalsiumun əsas mənbələri süd məhsulları, dəmirin isə qaraciyər və ətdir.

Əgər insan daim kolbasa, sosis kimi məhsulları yemək istəyirsə, bu xroniki stressin göstəricisidir.

Bütün gün konfet, şirniyyatlar yemək istəyirsinizsə, bu orqanizmdə xrom və triptofan amin turşusunun defisitini göstərir və həmçinin güclü əqli yorğunluğuna işarədir. Xromun mənbələri: ət, qaraciyər, kəpəkli çörək, paxlalılar. Triptofan aminturşusunun mənbələri: ət, süd məhsulları, balıq, göbələk, banan, çərəzlər. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/814263.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR