Salyanda minik avtomobili "KaMAZ"a çırpılıb, xəsarət alan var

Salyanda minik avtomobili "KaMAZ"a çırpılıb, xəsarət alan var
22:47 29 Dekabr 2019
44 Digər
Ölkə mətbuatı
A- A+

Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında yeni Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Masallı rayon sakini, 1987-ci il təvəllüdlü Əzizov Vüsal Ədalət oğlu "VAZ-21015" markalı avtomobillə hərəkətdə olarkən idarə etdiyi nəqliyyat hadisəsi qarşıda gedən "KaMAZ" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Nəticədə minik avtomobili aşaraq yolun kənarına düşüb. Hadisə zamanı "VAZ-21015"-in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/salyanda-minik-avtomobili-kamaz-a-cirpilib-xesaret-alan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR