Rusiyadan ABŞ-a SƏRT XƏBƏDARLIQ: "Hazırlaşırıq, eyni şəkildə cavab verəcəyik"

Rusiyadan ABŞ-a SƏRT XƏBƏDARLIQ: "Hazırlaşırıq, eyni şəkildə cavab verəcəyik"
09:58 30 Dekabr 2019
53 Digər
Ölkə mətbuatı
A- A+

“Rəsmi Moskva ABŞ-ın “Şimal axını 2” təbii qaz boru xətti layihəsinə tətbiq edəcəyi sanksiyalara eyni şəkildə cavab verəcək”.

Publika.az xəbər verir ki, bunu Rusiya prezidentinin müavini Dmitri Kozak deyib.

Rusiya hökumətinin ABŞ-ın sanksiyalarına qarşı tədbirlər planı hazırladığına diqqət çəkən Kozak boru xəttinin inşasının bütün maneələrə rəğmən, tamamlanacağını vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Energetika naziri Aleksandr Novak “Şimal axını 2”nin qalan 160 kilometrlik hissəsinin inşa ediləcəyini, digər hissəsinin isə “Qaprom”a aid “Akdemik Çerskiy” gəmisinin tamamlaya biləcəyini açıqlamışdı.

Xatırladaq ki, Vladimir Putin Almaniya kansleri Angela Merkellə ötən gün layihəyə dair telefonda müzakirələr aparıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/300618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR