Bu il Xalça Muzeyini 122 mindən çox insan ziyarət edib

Bu il Xalça Muzeyini 122 mindən çox insan ziyarət edib
11:17 30 Dekabr 2019
50 Digər
Ölkə mətbuatı
A- A+

2019-cu il Azərbaycan Milli Xalça Muzeyini 122143 nəfər ziyarət edib.
Muzeydən “Report”a verilən məlumata görə, Azərbaycan Milli Xalça Muzeyi bu il ərzində ölkədə ən çox ziyarət edilən muzey olub.
Keçirilən məqsədyönlü fəaliyyət nəticəsində Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin ekspozisiyasında Azərbaycana aid eksponatların etiketajına düzəlişlər edilib. Belə ki, xalçalar haqqında məlumatda onların toxunduğu yer kimi artıq Azərbaycan göstərilir.
Bundan başqa, Azərbaycan Milli Xalça Muzeyinin təşəbbüsü ilə Türk İslam Əsərləri Muzeyində olan Azərbaycan xalçalarından ibarət kataloq nəşr olunub.
2019-cu il ərzində muzeyin fəaliyyətində kolleksiyaların zənginləşdirilməsi istiqamətində də mühüm işlər görülüb. Əhalidən satınalma yolu ilə altı muzey əhəmiyyətli əşya əldə edib. O cümlədən, muzey tarixində ilk dəfə olaraq Sotheby’s hərrac evindən Qacar dövrünə aid iki ədəd qadın bəzək əşyası alınıb. Muzeyə Amerika vətəndaşları Dumas Jones və Jay Jones tərəfindən XIX əsrə aid “Qonaqkənd” xalçası hədiyyə olunub.
Bununla yanaşı, muzeyin kolleksiyası Dövlət Gömrük Komitəsi tərəfindən müsadirə olunan altı qiymətli xalça ilə də zənginləşib. Bütün bu eksponatlar gələn il ictimaiyyətə təqdim olunacaq.
Eyni zamanda, bu il muzeyə “Milli” statusu verilib.













Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/bu-il-xalca-muzeyini-122-minden-cox-insan-ziyaret-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR