Müsəlman evlərinə hücum

Müsəlman evlərinə hücum
09:20 25 Dekabr 2014
76 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanın Assam ştatında bodo qəbiləsindən olan üsyançılar müsəlman adivasi qəbiləsinin məskunlaşdığı Sonitpur və Kokracar kəndlərinə silahlı hücum ediblər.

ANS PRESS-ni məlumatına görə, hücum zamanı azı 60 nəfər öldürülüb, 80-a yaxın kəndli yaralanıb. Bildirilir ki, silahlılar adivasi camaatının evlərinə zorla girərək onları çölə çıxarıb və atəş açıblar. Ölənlər arasında 10-dan çox azyaşlı da var. Faktla bağlı irimiqyaslı istintaq əməliyyatları başladılıb. Polis hücumda Milli Demokratik Bodolend Cəbhəsi qrupunun əli olduğunu ehtimal edir.

Sözügedən qrup Assam ştatında özlərinin müstəqil dövlətini qurmağa çalışır.

Ölkənin baş naziri Narendra Modi hadisəni “qorxaq əməli” adlandırıb. Daxil işlər nazirinin müavini Kiren Ricicu hadisənin faciə olduğunu deyib.

“Biz bu hadisəyə ötəri yanaşa bilmərik. İnsanların etibarını yenidən qazanmaq və belə bir faktın təkrarlanmaması üçün əlimizdən gələni etməliyik”, deyə Hindistan daxil işlər nazirinin müavini Kiren Ricicu bildirib.

Hücumdan bir qədər sonra ştatda komendant saatı tədbiq olunmağa başlayıb. Məlumata görə, etirazçılar Assam ştatında dəmiryol nəqliyyatını bağlayıblar.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=316132

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR