"Həmin illəri niyə silim? Maraqlı film kimi idi" - Fədayə Laçın

"Həmin illəri niyə silim? Maraqlı film kimi idi" - Fədayə Laçın
13:17 30 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Müğənni Fədayə Laçın "Ay Zaur" verilişindəki açıqlamaları ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi aparıcı Zaur Kamalın "Geriyə baxanda, həmin illəri silmək istəyərdiz həyatınızdan" sualına "Niyə silim? O da maraqlı idi, bir film kimi idi" cavabını verib.

Aparıcı daha sonra Fədayənin sosial şəbəkədə qınanılmasından danışıb. Onun "Sənin şəklini paylaşanları qınadılar ki, Fədayə nə qəhrəmanlıq edib, bayram edirsiz" sözlərinə Fədayə belə reaksiya verib:

"Deməzdim qəhrəmanlıq etmişəm. Amma mənim atdığım addımı məni qınayanlar etsin görüm. Keçdiyim yollar asan deyildi. Hər kişinin qızının hünəri çatmazdı ki, həmin əzab-əziyyətə dözsün, alnıaçıq çıxsın".  

Müğənni ayrıldığı ərindən də söz açıb. O bildirib ki, cəmi 3 il ailəli qalıb:

"Atam bizi tərk edəndə mən anamın bətnində idim. Bizi qoyub, başqa qadının yanına getdi. Anam kənddə, atam Bakıda olurmuş, təhsil alırmış. Gəlib şəhərdəki həyatı, dodağı boyalı qızları görüb, kəndi bəyənməyib. 2014-cü ildə atam xəstələnəndə ona qucaq açdıq.

Mən isə 1992-ci ildə ailə qurdum, 1995-ci ildə ayrıldıq. Rusiyada işləyirdi, getdi və qayıtmadı. Oğlumla görüşürlər. Başqasıyla evlənib, iki uşağı var".

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/814632.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR