ETSN: Son 4 ayda ovçuluq biletinin alınması üçün 545 müraciət daxil olunub

ETSN: Son 4 ayda ovçuluq biletinin alınması üçün 545 müraciət daxil olunub
13:17 30 Dekabr 2019
39 Digər
Ölkə mətbuatı
A- A+

Son 4 ay ərzində 5 saylı ASAN xidmət vasitəsilə ovçuluq biletinin alınması üçün 545 müraciət olunub.
"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
Onun sözlərinə görə, 294 müraciət ovçuluq biletinin istifadə müddətinin artırılması, 251 müraciət isə ovçuluq biletinin alınması üçün imtahanda iştirak etmək məqsədi daşıyıb.
O xatırladıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən göstərilən bir sıra xidmətlər, o cümlədən ovçuluq biletinin alınması, dəyişdirilməsi bu ilin sentyabr ayından başlayaraq ASAN xidmət vasitəsi ilə həyata keçirilir. Bununla vətəndaş müraciətlərinin daha operativ və asan şəkildə həll edilməsinə, şəffaflığın artırılmasına, göstərilən xidmətlərin təkmilləşdirilməsinə və vətəndaş məmnunluğunun təmin edilməsinə nail olunur.

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/etsn-son-4-ayda-ovculuq-biletinin-alinmasi-ucun-545-muraciet-daxil-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR