Bayram günlərinin hava proqnozu AÇIQLANDI

Bayram günlərinin hava proqnozu AÇIQLANDI
13:28 30 Dekabr 2019
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb.

Publika.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva dekabrın 30-dan 31-nə keçən gecə respublikanın şərq rayonlarında, o cümlədən Bakıda və Abşeron yarımadasında qisamüddətli yağış yağacağı, dekabrın 31-i günün ikinci yarısında isə kəsiləcəyinin gözlənildiyini deyib.

O bildirib ki, Yeni İlin ilk günü ölkədə kifayət qədər yumşaq, küləksiz hava şəraiti olmaqla, temperaturun 14 dərəcəyə yaxınlaşacağı proqnozlaşdırılır: "Yanvarın 1-i və 2-si ölkə ərarisində hava yağmursuz olacaq. Yanvarın 3-dən 5-dək isə ölkə ərazisində havanın temperaturu 3-4 dərəcə aşağı düşəcək, yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Yanvarın 6-dan isə hava mülayimləşəcək və yağmursuz olacaq".

U.Tağıyeva qeyd edib ki, son 20 ildə Bakı və Abşeron ərazisində Yeni İl ərəfəsində 31 dekabrda yalnız 4 dəfə 2006, 2008, 2012, 2015-ci illərdə sulu qar və qar müşahidə olunub: "Yanvarın 1-də isə 3 dəfə, yəni 2007, 2009, 2016-cı ilərdə qar yağıb. 2009-cu ildə hətta hündürlüyü 14 sm olan qar örtüyü əmələ gəlib ki, bu da Bakı üçün nadir hadisədir".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ekologiya2/300640.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR