Dərman preparatlarının ölkəyə qanunsuz keçirilməsinin qarşısı alındı - FOTO

Dərman preparatlarının ölkəyə qanunsuz keçirilməsinin qarşısı alındı - FOTO
13:32 30 Dekabr 2019
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "LADA 2105" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda olan gödəkçənin hər iki qolunun içərisində gömrük nəzarətindən gizlədilən 2800 kapsul "Utrojestan 200 mq"və 18 flakon "Karipazim 350 PE", yük yerindəki əl çantasının içərisindən isə 30 ədəd paketdə "Ekselon 9.5 mq", 1 flakon "Kosopt 5 mq", 90 həb "Akatinol Memantin", 10 flakon "Korteksin 10 mq", 10 ampul "Meksidol 5 ml", 90 həb "Lamiktal 50 mq" və 60 həb "Xlorprotiksen Zentiva 50 mq" adlı dərman preparatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/814636.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR