“S&P Global Platts”: “Cənub Qaz Dəhlizi” Avropaya kömür hasilatını azaltmağa kömək edəcək

“S&P Global Platts”: “Cənub Qaz Dəhlizi” Avropaya kömür hasilatını azaltmağa kömək edəcək
13:52 30 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

"Cənub Qaz Dəhlizi" Avropaya kömür hasilatını azaltmağa kömək edəcək.

Milli.Az xəbər verir ki, bunu Trend-ə "S&P Global Platts" şirkətinin analitiki Ceyms Hakstepp deyib.

O qeyd edib ki, Avropada istifadə olunan enerji ehtiyatları həcminin təxminən dörddə bir hissəsi təbii qazın payına düşür və bu tələbat əsasən boru kəmərləri ilə nəql, mayeləşdirilmiş təbii qaz şəklində tədarük və yerli istehsal hesabına ödənilir:

"Son iki il ərzində Avropada kömür istehsalı 40 faiz azalıb. Bu, əsasən qaz tədarükünün artması, aşağl qiymətlər və enerji sektorunda kömürdən təbii qaza keçilməsi ilə əlaqədardır. "Cənub Qaz Dəhlizi" Avropada, xüsusilə də İtaliyada bu prosesi sürətləndirməyə imkan verəcək. Yunanıstan və Macarıstan da müvafiq olaraq 2028 və 2030-cu illərədək kömürdən imtina edən ölkələr sırasına qatılmağı planlaşdırır".

C.Hakstepp bildirib ki, təbii qazın emalı nəticəsində atmosferə karbon tullantılarının həcmi, kömür hasilatının ekvivalent həcmi ilə müqayisədə 50 faiz azdır:

"Azərbaycan qazı Avropa bazarlarına əlavə qaz tədarükü mənbəyi verəcək, rəqabəti yüksəldəcək və digər tədarükçülərlə danışıqlarda üstünlüklər təqdim edəcək. Cənubi Avropanın qaz habları likvidlik və rəqabət səviyyəsinə görə Şimal-Qərbi Avropadan geri qalır və bu yeni qaz mənbəyi Cənubi Avropaya və xüsusilə də İtaliyaya iri hab qismində kömək göstərəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/814641.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR