Məşhur dietoloq sirrini açdı: Öz xəstəliyimi də belə müalicə etmişəm... - VİDEO

Məşhur dietoloq sirrini açdı: Öz xəstəliyimi də belə müalicə etmişəm... - VİDEO
13:53 30 Dekabr 2019
58 Digər
Ölkə mətbuatı
A- A+

Sağlamlığımız üçün hər zaman çalışmalıyıq ki, düzgün qidalanaq. Buna əməl etmədikdə səhhətimizdə müəyyən problemlər yarana, habaelə daha çox çəki ala bilərik.

Necə qidalanaq ki, həm sağlam olaq, həm çox çəki almayaq, həm də immunitetimiz möhkəm olsun.

Bu barədə “Publikanın həkimi” layihəsində həkim-dietoloq Şəfa Yadigarova danışıb. O, qidalanma zamanı edilən səhvlərdən danışıb:

“Formada olmaq istəyən bir çox insan ac qalır. Bu zaman bir çox mikroelementlər, vitamin çatışmazlığı olur. Beləliklə, getdikcə immun sistemi zəifləyir. İnsan yemək yemir, havasızlıq, nəticədə oksigen kifayət qədər olmur və qan dövranı pozulur. Mütləq sağlam qidalanma olmalıdır. İnsanlar elə bilir ki, sağlam qidalanma dedikdə, hər şeydən məhrum olacaqlar”.

Orqanizmin həddən artıq zülalla yüklənilməsi onkoloji problemlərə səbəb olduğunu bildirən diyetoloq düzgün qida rasionu barədə də məlumat verib:

“99 faiz halda xəstəliklərin başlıcasında qidalanma dayanır. Gündə 3 dəfə qidalanmalıyıq. Bunun təxminən 25-30 faizini səhər yeməyi, 45-50 faizini günorta, hardasa 15 faizini isə axşam təşkil etməlidir. Təbiət özü bizə gözəl istiqamət verir. Qida menyumuzda həm yağlar, həm də az da olsa zülal, tərəvəz və meyvə də bol olmalıdır. Orqanizmin həddən artıq zülalla yüklənilməsi onkoloji problemlərə gətirib çıxarır”.

Sevinc Xanqızı


Xəbərin orijinal ünvanı: https://publika.az/projects/xususi/300641.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR