Yeni ilə isti mənzillə!

Yeni ilə isti mənzillə!
14:32 30 Dekabr 2019
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Grand Hayat sakinlərini bayram günlərində təbii qazın verilməsi ilə sevindirdi

Ölkənin inşaat sektorunun ən öncül şirkətlərindən olan Yeni Hayat Şirkətlər Qrupu növbəti uğurlu layihəsi olan Grand Hayat yaşayış kompleksində mənzillərə təbii qazın verilməsi işlərinə start verib.

Belə ki, Bakının infrastruktur baxımdan ən əlverişli ərazilərindən biri hesab edilən Tblisi pr., 1054 ünvanında inşa edilmiş Grand Hayat kompleksində yaşayan sakinlər bayram günlərində evlərinin isidilməsi üçün binalara verilmiş təbii qazdan istifadə edə biləcəklər.

15 ildən artıqdır ki öz yenilikçi ideyaları və novatorluğu ilə fərqlənən YENİ HAYAT Şirkətlər Qrupu MMC faaliyyəti dövründə bir sıra geniş miqyaslı innovativ layihələr gerçəkləşdirib ki, onların da hər biri öz memari ideyası və icrasına görə şəhərimizdə iz qoyacaq və gələcək nəsillərə layiqli miras olacaq binalardır.

Qeyd edək ki, bu möhtəşəm kompleks "7S" keyfiyyət standartlarına əsasən inşa olunmaqla yanaşı müasir həyatın bütün elementlərini və komfortlu yaşam tərzini özündə birləşdirir: 1S - binalara tam xidmət, 2S - təmirli mənzillər, 3S - həyətyanı istirahət parkı, 4S - hipermarket, 5S - idman və sağlamlıq mərkəzi, 6S - uşaq bağçası və məktəbəqədər təhsil, 7S - əyləncə mərkəzi. 

"Grand Hayat" yaşayış kompleksində müştərilərə 1, 2, 3 və 4 otaqlı komfortlu hazır məhdud sayda qalan mənzillər həm nağd həm 20 illik sadələşdirilmiş kredit şərtləri ilə təklif olunur. Qeyd edək ki mənzilləri nağd əldə etdikdə hər kv. m. üçün 100 AZN endirim təklif edilir.

Mənzillərin satışı ilə bağlı ətraflı məlumat üçün şirkətin Satış mərkəzinə (Nobel pr.15, Megafun AVM 1-ci mərtəbə) və bilavasitə "Grand Hayat" kompleksində təşkil olunmuş təqdimat ofisinə (Tbilisi pr.1054) təşrif buyura, eləcə də 922 Məlumat mərkəzinə zəng edə bilərsiniz.   

"Grand Hayat öz sakinlərini xəyallardakı komforta və rahat yaşam tərzinə qovuşduracaq"!

www.grandhayat.az

Məlumat mərkəzi: 922.


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/814675.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR