Bu il 337 həkim işə qəbul olunub

Bu il 337 həkim işə qəbul olunub
14:37 30 Dekabr 2019
40 Digər
Ölkə mətbuatı
A- A+

2018/2019-cu tədris ilində rezidenturanı 30 ixtisas üzrə 302 həkim-mütəxəssis bitirib. Onlardan da 266 nəfər iş yerlərinə göndərilib.
"Report" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyində geniş tərkibli kollegiya iclasında Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov məlumat verib.
Onun sözlərinə görə, 2019-ci ildə həkimlərin mərkəzləşdirilmiş işə qəbulu nəticəsində 337 həkim işə qəbul olunub: "Bunlardan 176 nəfər respublikanın bölgələrinin şəhər, rayon və kəndlərinin səhiyyə müəssisələrinin vakant həkim vəzifələrinə işə qəbul olunub. Cari tədris ilində 16 560 həkim və 8 964 orta tibb işçisi təkmilləşdirmə kurslarından keçib, 4 654 həkim və 7 697 orta tibb işçisi sertifikat alıb, eyni zamanda 24 ixtisas üzrə 247 müdavim peşə hazırlığı kurslarında iştirak edib".


Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/bu-il-337-hekim-ise-qebul-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR