Kürdəmirdə velosiped sürən azyaşlı maşının altında qaldı

Kürdəmir rayonunun Şıxımlı kənd ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, dekabrın 29-da saat 17 radələrində Kürdəmir rayonunun Şıxımlı kəndi ərazisində kənd sakini N.Məlikov idarə etdiyi “QAZel” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən Atakişili kənd sakini azyaşlı, Kənan Nəbizadəni vurub və nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR