Ekspert: "TANAP Cənub-Şərqi Avropa ölkələri üçün də həyati önəm daşıyan layihədir"

Ekspert: "TANAP Cənub-Şərqi Avropa ölkələri üçün də həyati önəm daşıyan layihədir"
14:57 30 Dekabr 2019
39 Digər
Ölkə mətbuatı
A- A+

Yola salmağa hazırlaşdığımız 2019-cu il sosial-iqtisadi zənginliyi ilə yadda qaldı. Bu il həm də neft-qaz sektorunda da önəmli hadisələr baş verdi. Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə "Əsrin müqaviləsi"nin imzalanmasının 25-ci ildönümü, “Neft Daşları”nın 70 illik yubileyi qeyd edildi. Bu il AÇG blokunun işlənməsinin yeni mərhələsi çərçivəsində inşa olunması nəzərdə tutulan “Mərkəzi-Şərqi Azəri” platforması üzrə yekun investisiya qərarının qəbulu baxımından da əlamətdar oldu. Nəhayət, ilin sonuna doğru Azərbaycan qazının Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinin icrasında növbəti mühüm hadisə qeyd edildi. Noyabrın 30-da Türkiyənin Yunanıstanla sərhəd hissəsində Cənub Qaz Dəhlizinin mühüm komponenti olan Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa bağlantısının açılış mərasimi keçirildi. Beləliklə, Azərbaycana məxsus təbii qazın qitə ölkələrinə nəqlinə doğru daha bir addım atıldı.  Bəs TANAP-ın Azərbaycan, region və Avropa ölkələri üçün hansı əhəmiyyəti var?

Fuad Şahbazov

Strateji Kommunikasiya Mərkəzinin baş məsləhətçisi Fuad Şahbazov:

"Qlobal perspektivdə Azərbaycan artıq etibarlı enerji ixracatçısı olduğunu sübut edib".
Strateji Kommunikasiya Mərkəzinin baş məsləhətçisi Fuad Şahbazov “Report”a bildirib ki, TANAP layihəsi mahiyyət etibarilə sadəcə Cənubi Qafqaz regionu üçün deyil, Cənub-Şərqi Avropa ölkələri üçün də həyati önəm daşıyan layihədir.
O vurğulayıb ki, bu layihə həmin region ölkələri üçün etibarlı alternativ enerji mənbəyi rolunu oynayacaq:
“Digər tərəfdən, layihə Türkiyə, Gürcüstan kimi qonşu ölkələrə də Rusiyadan olan enerji asılılığını müəyyən mənada azaltmağa imkan verəcək. Növbəti 2020-ci il ərzində Cənub Qaz Dəhlizi sayəsində təkcə Gürcüstana 878,8 mln. kubmetr təbii qazın nəqli nəzərdə tutulub”.
F.Şahbazov, həmçinin vurğulayıb ki, qlobal perspektivdə Azərbaycan artıq etibarlı enerji ixracatçısı olduğunu sübut edib: “TANAP layihəsinin uğurlu icrası digər tərəfdən ölkəyə yeni prioritetlər - Bərpa oluna bilən enerji mənbələri üzərində fokuslanmağa da şərait yaradıb”.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/ekspert-tekce-cenubi-qafqaz-regionu-ucun-deyil-cenub-serqi-avropa-o

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR