Gənclər və İdman Nazirliyi Yeni il münasibətilə ucqar kəndlərdə yaşayan 5 min uşağa bayram hədiyyələri göndərib - FOTO

Gənclər və İdman Nazirliyi Yeni il münasibətilə ucqar kəndlərdə yaşayan 5 min uşağa bayram hədiyyələri göndərib - FOTO
15:17 30 Dekabr 2019
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Yeni ildə hər bir uşaq Şaxta babanın yaşadığı kəndə gəlməsini arzulayır və bu, baş verəndə balacalar son dərəcə sevinirlər. Gənclər və İdman Nazirliyi balacalara belə sevincli anlar bəxş etmək üçün ölkəmizin bütün rayonlarındakı ən ucqar kənd məktəblərini siyahıya alıb, həmin təhsil müəssisələrinin şagirdlərinə Yeni il hədiyyələri göndərib.

Nazirliyin mətbuat xidmətindən Milli.Az-a bildiriblər ki, aksiyanın məqsədi Yeni il öncəsi uşaqlara bayram sevinci yaşatmaqdır.

Artıq Siyəzən rayonunun Məşrif, Dağ Quşçu, Şabran rayonunun Taxtalar, Piebedil, Qorğan, Gədəbəy rayonunun Mormor, Göyəlli, Əyridərə, Hacılar, Sonalar, Qaravəlilər, Məmmədcəfərli, Dördlər və Mutudərə kəndlərinin məktəblilərinə Yeni il hədiyyələri çatdırılıb. Yerli gənclər və idman idarələrinin nümayəndələri hədiyyələri gətirən Şaxta babaya müvafiq ünvanları tapmaqda kömək edirlər. Şaxta baba Azərbaycanın ucqar kəndlərini dolaşır və uşaqları sevindirir.

Dekabrın 29-30 davam edən aksiyada 5 minədək uşaq öz möcüzə payını alacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/814666.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR