Rayonlara üz tutanların NƏZƏRİNƏ! "Qiyməti süni artırırlar" - VİDEO - FOTO

Rayonlara üz tutanların NƏZƏRİNƏ! "Qiyməti süni artırırlar" - VİDEO - FOTO
15:27 30 Dekabr 2019
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bayram günləri ərəfəsində, istər bayram qabağı, istər bayram sonrası avtovağzallarda canlanma müşahidə olunur. Bu da özü ilə bir sıra narahatlıqlar gətirir.

Milli.Az bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.

Sərnişin: "Bakıdan gəlirik, sıxlıq var, qiymətlər də baha idi".

Sərnişin: "Bayramdan istifadə edib qiyməti süni artırırlar, məcbur qalıb taksi ilə gəlirik. O da baha başa gəlir, 20-30 manata gətirir".

Sərnişinlərin əksinə, avtobus sürücüləri heç bir qiymət artımının olmadığını deyirlər.

Sürücü: "Artım söhbəti yoxdur. Avtobusun içərisinə daxil olub baxırlar, tək-tək bileti yoxlayırlar".

Bayram ərəfəsində sərnişin sıxlığını nəzərə alaraq, sərnişinlərə öncədən bilet almaq tövsiyə olunub. Kassadan bilet almağa gecikənlər isə qanunsuz sərnişindaşımaya və ya fərdi taksilərə üz tutmalı olurlar.

Sürücü: "Buradan boş gedirlər deyə, qayıdanda qiyməti artıq edirlər".

Sürücü: "31-i gəlib bayrama çatmalıdırlar. Maşın da yoxdur. Nə ilə gəlməlidirlər? 30 manata gəlirlər".

Rayonlararası taksi xidməti göstərənlər bu günləri fürsət bilərək daha çox qazanc əldə etməyə çalışırlar. Bəzən onların tələb etdikləri məbləğ avtobus biletinin qiymətindən 3 dəfə baha olur. Avtovağzallardan isə belə hallarla qarşılaşmamaq üçün bileti kassalardan almaq məsləhət görülür.

Şahin Sadıqov - Nizamlayıcı: "Bizdə qiymət artımı müşahidə olunmur. Elə bir şey olarsa da tədbir görürük".

Nuridə Allahyarova - Mətbuat katibi: "Qiymət artımı ilə bağlı heç bir halın yaşanması mümkün deyil. Sərnişinlərin hər hansı bir problemi yaranarsa, neqativ halla qarşılaşarlarsa, mütləq 406-01-58, 59 nömrələri ilə əlaqə saxlayaraq məlumat versinlər. Sərnişinlər biletləri mütləq kassalardan alsınlar".

Hazırda sərnişin axını daha çox paytaxtdan bölgələrədir. Yeni ilin ilk günlərində isə əks istiqamətə yola çıxanlar artacaq. Artan tələbatı ödəmək üçün ölkənin bütün avtovağzalları gücləndirilmiş iş rejiminə keçib və ehtiyac olarsa, xətlərə ələvə avtobusların buraxılacağı bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/814667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR