Kənan "Savaşçı"dan getdi

Kənan "Savaşçı"dan getdi
15:37 30 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Rejissor Kənan M.M. Türkiyədə "Fox TV"də yayımlanan "Savaşçı" serialından ayrılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, Azərbaycana qayıtmaq qərarına gəlib. Buna səbəb isə Kənanın yeni layihəsi olub:

"Bu da son... Təşəkkürlər Türkiyəm, Azərbaycanım, rejissorumuz Hayrı bəy, ssenari müəllifimiz Süleyman Çoban... Məni 40 bölüm izlədiniz. Serialdan çox gözəl duyğularla ayrılıram. Sizləri sizin məni sevdiyiniz qədər sevəcəm.

Azərbaycanda yeni seriala başlayacağım üçün ekran işindən ayrılmaq məcburiyyətində qaldım".

Qeyd edək ki, Kənan "Savaşçı"da Bəxtiyar obrazını canlandırıb. O, ssenariyə əsasən Qarabağa göndərilib.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/814670.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR