AVRO-2020: Sankt-Peterburqda fan-zonalar üçün 12,7 milyon manat xərclənəcək

AVRO-2020: Sankt-Peterburqda fan-zonalar üçün 12,7 milyon manat xərclənəcək
16:42 30 Dekabr 2019
40 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Sankt-Peterburq şəhəri 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatı zamanı fan-zonaların quraşdırılması üçün 464,4 milyon rubl (təxminən12,7 milyon manat) xərcləyəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, Konyuşennoy meydanındakı futbol kəndi və Saray meydanındakı ictimai baxış üçün nəzərdə tutulan sahə 2 iyula qədər hazır olmalıdır. Konyuşennoy meydanındakı futbol kəndi gündəlik olaraq 12 iyun - 12 iyul tarixlərində fəaqliyyət göstərəcək. Turnirin bütün oyunları həmin məkanda canlı yayımlanacaq və əyləncəli proqram da olacaq.
1/4 final mərhələsindən başlayaraq matçlar 3, 4, 7, 8 və 12 iyul tarixlərində Saray meydanındakı ictimai baxış sahəsində də göstəriləcək. Burada 13 min insan üçün yer nəzərdə tutulub.
Rusiya millisi Belçika, FinlandiyaDanimarka komandaları ilə birgə B qrupunda yer alıb. Sankt-Peterburqda Belçika – Rusiya (13 iyun), Finlandiya – Rusiya (17 iyun), Finlandiya – Belçika (22 iyun) və 1/4 final mərhələsinin 1 oyunu keçiriləcək.
Qeyd edək ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq.
İyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək. AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda qarşılaşacaqlar.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/avro-2020-sankt-peterburqda-fan-zonalar-ucun-12-7-milyon-manat-xercle

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR