Fuad Muradov: "Bu il dünyanın 4 ölkəsində “Qarabağ” adlı Azərbaycan məktəbi fəaliyyətə başlayıb"

Fuad Muradov: "Bu il dünyanın 4 ölkəsində “Qarabağ” adlı Azərbaycan məktəbi fəaliyyətə başlayıb"
16:47 30 Dekabr 2019
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dünya azərbaycanlılarını təbrik edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Dəyərli həmvətənlər, əziz dostlar!

Milli birlik və doğma vətənə bağlılığı təcəssüm etdirən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm.

Ermənistanın təcavüzkar siyasəti nəticəsində hələ də həllini tapmamış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hamımızı narahat edən taleyüklü problem olaraq milli birliyimizin daha da möhkəmləndirilməsini zəruri edir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, mədəniyyətimizin təbliği, milli birliyin möhkəm və davamlı olması naminə harada yaşamasından asılı olmayaraq hər bir soydaşımızın, diaspor təşkilatının üzərinə mühüm vəzifələr düşür.

2019-ci il ərzində Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan həqiqətləri ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması, milli-mədəni irsin təbliği, xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, azərbaycançılıq ideologiyasının inkişafı istiqamətlərində 524 layihə və tədbir həyata keçirilmişdir.

Bu il daha 7 Koordinasiya Şurası təsis edilib. Beləliklə, hazırda 29 ölkəni təmsil edən ümumilikdə 11 Koordinasiya Şuraları fəaliyyət göstərir. Dövlət tərəfindən diaspor fəaliyyətinin dəstəklənməsi üçün "Diaspor fəaliyyətində xidmətə görə" medalı təsis edilib, 4 ölkədə "Qarabağ" adlı Azərbaycan məktəbi fəaliyyətə başlayıb.

2019-cu ildə Almaniya, Macarıstan, İspaniya, İtaliya, Belçika, Polşa, Ukrayna, GürcüstanTürkiyədə Azərbaycan evləri yaradılaraq soydaşlarımızın istifadəsinə verilib. Azərbaycan Diasporuna Dəstək Fondun müəyyən etdiyi prioritet istiqamətlər üzrə 37 diaspor təşkilatının və 17 diaspor üzvünün layihəsi maliyyələşdirilmişdir.

Diaspor işinin təkmilləşdirilməsi və gücləndirilməsi məqsədilə hazırlanmış Yol Xəritəsi, eləcə də diaspor təşkilatları və üzvləri ilə görüşlər zamanı müəyyənləşdirilmiş istiqamətlər üzrə fəaliyyətlər davam etdiriləcəkdir.

Əziz həmvətənlər, bir daha hər birinizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edir, yeni ildə sizə və ailələrinizə can sağlığı, xoşbəxtlik, doğma Azərbaycanımızın inkişafı naminə fəaliyyətinizdə uğurlar arzu edirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/814716.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR