“Japan Airlines” Olimpiya Oyunları ilə əlaqədar pulsuz bilet paylayacaq

“Japan Airlines” Olimpiya Oyunları ilə əlaqədar pulsuz bilet paylayacaq
16:52 30 Dekabr 2019
43 Digər
Ölkə mətbuatı
A- A+

Yaponiyanın milli aviadaşıyıcısı “Japan Airlines” gələn ilin fevral ayından xarici turistlərə 50 000 ədəd pulsuz bilet paylayacaq.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Xatırladaq ki, bu ölkənin paytaxtı Tokio 2020-ci ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Pulsuz aviabiletlər isə iyulun 1-dən sentyabrın 30-na qədər etibarlı olacaq. 
Pulsuz aviabilet qazanmaq istəyənlər şirkətin “Mileage Bank” proqramı ilə qeydiyyatdan keçməlidirlər. Yaponiyanın Turizm Agentliyinin təşkil etdiyi kampaniyanın əsas məqsədi 2020-ci il olimpiya oyunlarını izləmək üçün ölkəyə gələn turistlərin Yaponiyanın ucqar bölgələrinə getməsini təşviq etməkdir. 


Xəbərin orijinal ünvanı: https://report.az/turizm/japan-airlines-olimpiya-oyunlari-ile-elaqedar-pulsuz-bilet-paylayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR