FHN işçilərinin Həmkarlar İttifaqı Yeni il şənliyi təşkil etdi - FOTO

FHN işçilərinin Həmkarlar İttifaqı Yeni il şənliyi təşkil etdi - FOTO
17:13 30 Dekabr 2019
49 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 29-dan etibarən Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirlik əməkdaşlarının azyaşlı uşaqları üçün “Qafqaz Baku Sahil Hotel”də (Boks Arenası) Yeni il şənliklərinin keçirilməsinə başlanılıb.

FHN-dən Publika.az-a bildiriblər ki, gün ərzində 4 seans olmaqla təşkil olunan bayram şənlikləri 2 gün davam edəcək.

Nağıl qəhrəmanlarının, o cümlədən Şaxta Baba və Qar qızın iştirakı ilə keçirilən şənliklər uşaqların böyük sevincinə səbəb olub. Peşəkar heyət tərəfindən həyata keçirilən tədbirin bədii hissəsi tamaşaçılar tərəfindən də məmnuniyyət hissi ilə qarşılanıb.

Şənliklərdən sonra Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı üzvlərinin azyaşlı uşaqlarına ittifaq adından Yeni il bayram sovqatı paylanılıb.

Eyni zamanda, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı ənənəsinə sadiq qalaraq hər il olduğu kimi, bu bayram ərəfəsində də tədbirdə iştirak etmək imkanı olmayan, Bakı şəhərindən kənarda yerləşən FHN-in qurumlarında çalışan əməkdaşların azyaşlı uşaqları üçün bayram sovqatları göndərib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/300663.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR