Bakıda iki maşın toqquşub, ölən var

Bakıda iki maşın toqquşub, ölən var
17:15 30 Dekabr 2019
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 29-da saat 14 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində Sabirabad rayon sakini O.Kərimovun idarə etdiyi “VAZ-2106” və Bakı şəhər sakini N.Məmmədovun idarə etdiyi avtomobillər toqquşub.

Nəticədə O.Kərimovun sərnişini olan arvadı Gülxar Səməd qızı hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3171543.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR