Yeni il gecəsi Bakının ətrafına hərəkət edən avtobuslar səhərə qədər işləyəcək

Yeni il gecəsi Bakının ətrafına hərəkət edən avtobuslar səhərə qədər işləyəcək
17:32 30 Dekabr 2019
45 Digər
Ölkə mətbuatı
A- A+

Yeni il gecəsi Bakıdan Sumqayıt şəhərinə, eləcə də Abşeron rayonunun Xırdalan şəhərinə və Masazır qəsəbəsinə işləyən avtobuslar səhərə qədər hərəkətdə olacaqlar. 

“Report” xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, dekabrın 31-i gecə 23:00-dan yanvarın 1-i səhər saat 06:00-a qədər 501, 502, 503, 592, 596, 533, 553, 525 saylı marşrut xətlərinin hər birinə aid 1 avtobus sərnişinlərə xidmət edəcək.


Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bakinin-etrafina-hereket-eden-avtobuslar-sehere-qeder-isleyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR