Nazir: “Gürcüstan Azərbaycandan təbii qazı problemsiz olaraq tədarük edəcək”

Nazir: “Gürcüstan Azərbaycandan təbii qazı problemsiz olaraq tədarük edəcək”
17:42 30 Dekabr 2019
58 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın idxal etdiyi təbii qazın böyük hissəsi Azərbaycandan daxil olur və bu məsələdə heç bir problem olmayacaq”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.
O deyib ki, Azərbaycan Gürcüstanı təbii qazla təmin etməkdə davam edəcək: “Gürcüstanın təbii qaz idxalının 95 faizi Azərbaycanın payına düşür. Qazla təminat məsələsində heç bir problem olmayacaq. Əsas odur ki, tarif artırılmayacaq. Bunun üçün bizim kifayət qədər imkanımız var”.
Qeyd edək ki, Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının bugünkü qərarı ilə “SOCAR Georgia Gas” və “Sakorqaz” SC üçün gələn ilin iyulun 1-dək təbii qazın tarifi dəyişməz olaraq saxlanılıb.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/nazir-gurcustan-azerbaycandan-tebii-qazi-problemsiz-olaraq-tedaruk

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR