Gəncənin tarixi adının bərpasından 30 il ötür

Gəncənin tarixi adının bərpasından 30 il ötür
17:57 30 Dekabr 2019
31 Digər
Ölkə mətbuatı
A- A+

Yeni ilin gəlişi və Dünya Azərbaycanlıların Həmrəylik Günü ərəfəsində gəncəlilər özlərinin daha bir bayramını qeyd edir. 
"Report" xəbər verir ki, dəfələrlə adı dəyişdirilən Nizami yurdunun adı 1989-cu il dekabr ayının 30-u özünə qaytarılıb. 
Zaman-zaman Abbasabad, Yelizavetpol, Kirovabad kimi adlandırılan şəhərin sovetlər birliyi dönəmində, daha dəqiq desək, 60, 62 və 87-ci illərdə yenidən Gəncə adlandırılması üçün bir neçə dəfə cəhd göstərilsə də, bu istiqamətdə konkret addımlar ulu öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövründə atılıb.
Gəncə TV internet televiziyası Gəncənin tarixi adının bərpası ilə bağlı hazırladığı videomaterialda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gəncə Bölməsinin akademik katibi, akademik Fuad Əliyev, Yeni Azərbaycan (YAP) Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev bir neçə dəfə adı dəyişdirilən Gəncənin adının bərpası ilə bağlı ətraflı məlumat veriblər.



Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/gencenin-tarixi-adinin-berpasindan-30-il-otur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR