Bakı-Gəncə istiqamətində əlavə qatar təyin edildi

Bakı-Gəncə istiqamətində əlavə qatar təyin edildi
17:58 30 Dekabr 2019
29 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Dəmir Yolları" QSC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar sərnişlərin artan tələbatını təmin etmək məqsədilə Bakı-Gəncə-Bakı istiqamətində əlavə bir qatar təyin edib.

Bu barədə Publika.az-a qurumdan bildirilib.

Məlumata görə, 704/703 nömrəli Bakı-Gəncə-Bakı sürət qatarı hər iki istiqamətə təyin edilib. Belə ki, 05 və 06 yanvar tarixlərində əlavə təyin edilən qatar Bakıdan saat 08.00-da yola düşəcək və Gəncəyə saat 11:45-də çatacaq. Gəncədən saat 16.00-da geri yola düşəcək olan qatar saat 19:45-də paytaxtda olacaq.

Mövcud saat 08.45 Bakı-Gəncə və saat 17.00 Gəncə-Bakı sürət qatarları isə normal qrafikləri üzrə fəaliyyət göstərəcəklər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neqliyyat/300662.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR