Bank VTB (Azərbaycan) qeyri-iş günlərində çalışacaq

Bank VTB (Azərbaycan) qeyri-iş günlərində çalışacaq
18:22 30 Dekabr 2019
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bank VTB (Azərbaycan)-ın "Əcəmi" və "Neftçilər" filialları müştərilərin rahatlığını təmin etmək məqsədilə qeyri-iş günləri - 3-6 yanvar 2020-ci il tarixində xidmət göstərəcək.

Bankın ofisləri saat 10.00-dan 16.00-dək çalışacaq.

Müştərilər əsas xidmətlər üzrə əməliyyatlar həyata keçirə bilər:

Cari hesabdan vəsaitin verilməsi;
Təcili pulköçürmələri;
Cari hesabların açılması;
Ödəniş kartının sifarişi;
Cari (kart) və depozit hesabların artırılması

Filialda eləcə də kredit ödənişləri, kredit sifarişlərinin qəbul edilməsi və sənədləşdirilməsi, valyuta mübadiləsi, cərimə və kommunal ödənişlərin həyata keçirilməsi, ödəniş tapşırıqlarının, İnternet-bank və Mobil-banka qoşulmaq üçün ərizələrin qəbulu və s. xidmətlərdən istifadə etmək də mümkündür.

Bundan başqa, müştərilər bankın çağrı mərkəzinin 986 qısa nömrəsinə saat 10.00-dan 16.00-dək zəng edərək məhsul və xidmətlər üzrə məsləhət ala bilər.


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/814749.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR