Bayram günlərində banklar və “Azərpoçt” MMC gücləndirilmiş iş rejimində işləyəcək

Bayram günlərində banklar və “Azərpoçt” MMC gücləndirilmiş iş rejimində işləyəcək
18:37 30 Dekabr 2019
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabahdan başlayaraq yanvarın 7-nə qədərki bayram günlərində Azərbaycandakı bankların filial və şöbələri, eləcə də "Azərpoçt" MMC-nin satış nöqtələri gücləndirilmiş iş rejimində çalışacaq.

Milli.Az xəbər verir ki, bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 22 bankın 178 satış nöqtəsi (o cümlədən, 9 bank üzrə 13 satış nöqtəsi 24 saat rejimində olmaqla), "Azərpoçt"un isə 112 şöbəsi (o cümlədən, 8-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.

Bayram günlərində AMB-nin yaratdığı bankların fəaliyyətinə nəzarət üzrə xüsusi monitorinq qrupu fəaliyyət göstərəcəkdir. İstehlakçılara fasiləsiz xidmət göstərən qaynar xətt vasitəsilə hər hansı sual və şikayətlə Mərkəzi Banka müraciət oluna bilər.

Koordinator: Azər Quluyev

Qaynar xətt: (+994) 70 922 29 99

Gücləndirilmiş iş rejimində çalışacaq bankların iş qrafiki ilə https://uploads.cbar.az/press-releases/e05b3f6031d3959a6ff2bff89.pdf linki, "Azərpoçt"un satış nöqtələrinin iş qrafiki ilə isə https://uploads.cbar.az/press-releases/7403a6c30b110a9e2e6387c93.pdf linki vasitəsilə tanış olmaq mümkündür.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/814756.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR