"Ailə dəyərləri təhrif olunur..." - MTRŞ seriallar barədə

"Ailə dəyərləri təhrif olunur..." - MTRŞ seriallar barədə
18:42 30 Dekabr 2019
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Seriallarda, xüsusən komediya janrında çəkilmiş seriallarda bir çox hallarda xalqımızın ailə-məişət münasibətləri, ailə dəyərləri təhrif olunur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) 2019-cu il üzrə hesabatında bildirilir ki, valideyn-övlad, qohumlararası münasibətlər Azərbaycan ailəsinə xas olmayan bir şəkildə təqdim edilir.

Ümumilikdə qeyd etmək lazımdır ki, Şura tərəfindən atılmış ciddi addımlar nəticəsində 2019-cu il ərzində teleradio yayımı haqqında qanunvericiliyin tələblərinin yayımçılar tərəfindən icrası istiqamətində müsbət dinamika müşahidə edilib. Yayımçıların proqram səbətində ölkə və şəxsi istehsal olan efir materiallarının, o cümlədən maarifləndirici və əyləndirici layihələrin, verilişlərin artması da diqqəti cəlb edib. Serial təsərrüfatının maddi texniki bazasının möhkəmləndirilməsi işinə əvvəlki illərdə göstərilmiş dövlət dəstəyinin nəticəsi olaraq bu il ərzində yayımçıların efirində xeyli sayda yeni serialların yayımlanması müşahidə olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/814725.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR