Oğlunun qəza keçirdiyi ünvana gedən ata faciəvi şəkildə öldü

Oğlunun qəza keçirdiyi ünvana gedən ata faciəvi şəkildə öldü
19:37 30 Dekabr 2019
117 Dünya
Ölkə mətbuatı
A- A+

Belarusda oğlunun avtomobil qəzası keçirdiyi ünvana gedən ata hadisə yerində vəfat edib.

Milli.Az oxu.az-a istinadən verir ki, Cerzinski rayonunun ərazisində "Ford" və "Dodge" markalı avtomobillər toqquşub. Xəsarət almayan sürücülər yolda təhlükəsizlik nişanlarını quraşdırıb, yol polisi əməkdaşlarının gəlməsini gözləyiblər.

Qəza olan ünvana özünü çatdıran 47 yaşlı ata oğlunu "Ford" avtomobilinin arxa oturacağına əyləşib. Bu zaman həmin yolda hərəkət edən yük maşını qəza keçirən "Ford" markalı avtomobilə çırpılıb.

Hadisə yerinə gələn ata qəzanın qurbanı olub. Sürücü və anası isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/814721.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR