Anri "Barselona"nın baş məşqçisi ola bilər

Anri "Barselona"nın baş məşqçisi ola bilər
19:47 30 Dekabr 2019
89 İdman
Ölkə mətbuatı
A- A+

Tyerri Anri "Barselona"nın baş məşqçisi ola bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, hazırda "Monreal İmpakt"ın baş məşqçisi olan Tyerri Anri "Barselona"nı çalışdıra bilər. Nəşrin məlumatına görə, "Barselona" rəhbərliyi Ernesto Valverdenin istefaya göndərəcəyi halda komandanın keçmiş futbolçusunu komandaya dəvət etmək fikrindədir. Anrinin keçidində şəxsən klubun idman direktoru Erik Abidal maraqlıdır.

Qeyd edək ki, Tyerri Anri 2007-2010-cu illər aralığında Kataloniya təmsilçisinin şərəfini qoruyub. O, "Barselona" forması ilə 80 oyuna 35 qol vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/814735.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR