Bekhemin klubunda yeni baş məşqçi

Bekhemin klubunda yeni baş məşqçi
19:57 30 Dekabr 2019
79 İdman
Ölkə mətbuatı
A- A+

2020-ci ilin martında MLS-də debüt edəcək "İnter Mayami"nin baş məşqçisi məlum olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Mayamini təmsil edən komandanın "sükan"ı Dieqo Alonsoya tapşırılacaq. 44 yaşlı mütəxəssisin təyinatının yaxın zamanda açıqlanması gözlənilir.

Alonsonun son iş yeri Meksikanın "Monterrey" klubu olub.

Qeyd edək ki, "İnter Mayami"nin prezidenti və səhmlərinin bir hissəsinin sahibi Devid Bekhemdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/814701.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR