Meksika son 30 ilin ən böyük neft ehtiyatını aşkarlayıb

Meksika son 30 ilin ən böyük neft ehtiyatını aşkarlayıb
21:17 30 Dekabr 2019
78 Dünya
Ölkə mətbuatı
A- A+

Meksika Körfəzindəki neft yatağında aşkarlanan 500 milyon barrelədək neft ehtiyatının çıxarılması üçün daha 11 quyu qazılacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Meksika Tabasko əyalətindəki "Quesqui" neft yatağında son 30 ildə ən böyük neft ehtiyatının aşkarlandığını açıqlayıb.

"Petroleos Mexicanos" dövlət neft şirkətinin prezidenti Octavio Romero Meksika Körfəzindəki yatağın ehtiyatının 500 milyon barrelə yaxın olduğunu deyib.

İyunda "Quesqui"də ilk quyunun qazıldığını və hazırda buradan gündəlik 4500 barrel neft istehsalı edildiyini bildirən O.Romero 34 kilometr ərazini əhatə edən yataqda daha 11 quyunun qazılmasının planlaşdırıldığını söyləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/814697.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR