Bakı Dəmiryol Vağzalında konsert proqramı təşkil olunub

Bakı Dəmiryol Vağzalında konsert proqramı təşkil olunub
22:27 30 Dekabr 2019
51 Digər
Ölkə mətbuatı
A- A+

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramı ərəfəsində Bakı Dəmir Yolu Vağzalının gözləmə zalında konsert proqramı təşkil olunub. 
Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib. “Swing Soul Band” musiqi qrupunun ifasında sərnişinlərə milli və xarici musiqilərin sintezindən ibarət proqram təqdim edilib.
Konsertin məqsədi şəhərimizin mərkəzində yerləşən vağzal binasının mühüm sosial və mədəni tədbirlər məkanına çevrilməsi layihəsinə töhfə verməkdir. Layihə çərçivəsində təkcə sərnişinlərin deyil, eləcə də şəhərimizin qonaqları və sakinləri üçün burada müxtəlif maraqlı davamlı sosial-mədəni tədbirlərin təşkili nəzərdə tutulur.
Konsert proqramı bayram ərəfəsində vağzalın xidmətlərindən istifadə edən vətəndaşlar tərəfindən xoş qarşılanıb və onlarda müsbət bayram əhval-ruhiyyəsi yaradıb.



Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/baki-demiryol-vagzalinda-konsert-proqrami-teskil-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR