Kloppdan PSJ-yə rədd cavabı

PSJ-nin idman direktoru Leonardo “Liverpul”un baş məşqçisi Yurgen Kloppla görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. PSJ rəsmisinin almaniyalı mütəxəssisə komandanı çalışdırmağı təklif etdiyi, ancaq Kloppun bu təklifini rədd etdiyi bildirilir. O, “Liverpul”da hər şeydən razı olduğunu və ayrılmaq haqda düşünmədiyini deyib.

Qeyd edək ki, PSJ-in bu mövsüm Çempionlar Liqasında uğur əldə edə bilməyəcəyi təqdirdə baş məşqçi Tomas Tuxellə yollar ayrılacağı ehtimal olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR