Messi ilin idmançısı elan edilib

Messi ilin idmançısı elan edilib
01:47 31 Dekabr 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Argentina yığmasının və "Barselona" komandasının hücumçusu Lionel Messi və Amerika gimnastı Simona Baylz İdman Mətbuatı Beynəlxalq Assosiasiyasının (AIPS) versiyasına görə ilin idmançısı elan ediliblər.
Bu barədə "Report" təşkilatın rəsmi saytına istinadən xəbər verir.
Səsvermədə dünyanın 102 ölkəsindən 331 jurnalist iştirak edib. Messi 13,11 faiz səs toplayaraq keniyalı yüngül atlet Eliuda Kipçoqeni (12,01 faiz) üstələyib. İspan tennisçisi Rafael Nadal (9,38%) səsvermədə üçüncü yeri tutub. İlin ən yaxşı idmançısının tituluna iddiaçıların siyahısına düşmüş Rusiya üzgüçüsü Anton Çupkov cəmi 1,23% səs yığıb.
Simona Baylz 15,04% səs toplayaraqqadınlararasında birinci olub. Səsvermənin nəticəsinə görə ikinci yeri Amerika futbolçusu Meqan Rapino (13,51%) tutub. Üçüncü yerdə yamaykalı yüngül atlet Şelli-Enn Freyzer-Prays qərarlaşıb. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/messi-ilin-idmancisi-elan-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR