Zelenski: "Ukrayna 5 ildə qazın tranzitindən 7 milyard dollardan çox gəlir qazanacaq"

Zelenski: "Ukrayna 5 ildə qazın tranzitindən 7 milyard dollardan çox gəlir qazanacaq"
03:02 31 Dekabr 2019
68 Digər
Ölkə mətbuatı
A- A+

UkraynaRusiya beş il müddətinə Rusiya qazının tranzitinə müqaviləni imzalayıblar.
"Report" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski özünün "Facebook"dakı səhifəsində bildirib.
O, qeyd edib ki, bu müqavilə ilə rəsmi Kiyev 5 il ərzində ən azı 7 milyard dollar gəlir əldə edəcək.
"Ukrayna beş il müddətinə tranzit müqaviləsini imzalayıb, hansı ki, biz ən azı 7 milyard dollardan çox pul alacağıq. Tərəflər müqaviləni daha 10 il müddətnə uzada bilərlər", - prezident yazıb.
Dövlət başçısı vurğulayıb ki, ölkənin qaz nəqliyyat sistemi yüklənəcək, bu, ukraynalıların enerji təhlükəsizliyi rifahı deməkdir. 


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/zelenski-ukrayna-5-ilde-qazin-tranzitinden-7-milyard-dollardan-cox

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR